img
YÜKLƏNİR...

“Rəqəmsal İpək Yolu” layihəsi International Telecoms Week tədbirində təqdim olunub

“Rəqəmsal İpək Yolu” layihəsi International Telecoms Week tədbirində təqdim olunub
“Rəqəmsal İpək Yolu” layihəsi International Telecoms Week tədbirində təqdim olunub

Azərbaycanı qlobal internet şəbəkəsinə bağlayan AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze 15-17 may 2024-cü il tarixlərində ABŞ-da keçirilən Beynəlxalq Telekommunikasiya Həftəsi (International Telecoms Week) tədbirində iştirak edib. 

Tədbir zamanı Avropanı Azərbaycan vasitəsilə Mərkəzi Asiya və Çin ilə bağlayan rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi ilə bağlı  iştirakçılara məlumat verilib. Avropa və Asiya ölkələrindən, eləcə də ABŞ-dan tədbirə təşrif buyurmuş İKT və telekommunikasiya liderləri ilə görüşlərdə Ana Nakaşidze regionda rəqəmsal infrastruktur ekosisteminin gücləndirilməsinin vacibliyinə toxunub. O, "Rəqəmsal İpək Yolu" layihəsi çərçivəsində yaradılacaq dayanıqlı infrastrukturun üstünlüklərini vurğulayaraq, çoxterabitli fiber-optik magistral şəbəkənin artan tələblərin qarşılanmasına və marşruta daxil olan ölkələrdə rəqəmsallaşmanın sürətləndirilməsinə töhfə verəcəyini bildirib.

Qeyd edək ki, əsası 2008-ci ildə qoyulan Beynəlxalq Telekommunikasiya Həftəsi telekommunikasiya və İKT sahəsində fəaliyyət göstərən 2000-dən çox şirkət və 7000 nəfər peşəkarı bir araya gətirən platformadır.

AzerTelecom Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla "Azerconnect Group"un tərkibinə daxildir.

Azərbaycan - dünyanın yeni rəqəmsal mərkəzi